TQDK sədri: “530 baldan aşağı nəticə göstərənlər Tibb Universitetinə qəbul oluna bilməyəcəklər”

22 İyul 2011 12:43
Cari tədris ili üçün IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında əsas müsabiqə vəziyyəti Azərbaycan Tibb Universitetinin ixtisasları üzrə olacaq.

"Azadinform" xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, burada ən prestijli ixtisas müalicə işidir. "Bu ixtisas üzrə 630 plan yeri ayrılıb. Onlardan 130 yer ödənişsizdir. Daha yüksək bal toplamış 130 abituriyent Müalicə işi fakültəsinə ödənişsiz əsaslarla qəbul olunacaq" - deyə TQDK sədri vurğulayıb. M.Abbaszadənin sözlərinə görə, keçid balları abituriyentlərin topladığı ballar əsasında müəyyənləşir. "Ümumilikdə Tibb Universitetinin bütün ixtisaslarına 530, 540 baldan aşağı nəticə göstərənlər qəbul oluna bilməyəcəklər" - deyə o, əlavə edib.

Milli.Az