Binanın damında qayıqlar üzür - FOTO

23 İyul 2011 01:25
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, Londonun ən məşhur binalarından biri sayılan "Selfridges"in damında su kanalıistifadəyə verilib. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə damı ziyarətçilərlə turistlər üçün açılmış binadakı bu "su kanalı" əslində art-instalyasiyadır. Damın perimetri boyunca uzanan kanalda yaşıl su axır.
Onun yanında isə kokteyl var.
Məşhur dükanın yerləşdiyi biannı damından Londonun möhtəşəm mənzərəsi açılır.

"Voyage Truvia" adlanan kanalda 12 kiçik qayıq da var.

İkinci Dünya Müharibəsinə qədər univermaqın yerləşdiyi binanın damında yaşıllıq, bağ vardı. 1940-cı ildə dağıdıcı bombardmandan sonra "Selfridges"in sahibi Qordon Selfric and içmişdi ki, bir daha binanın damında əyləncə olmayacaq.
1920-1930-cu illərdə bu damdakı bağdan tez-tez moda nümayişi üçün istifadə olunurdu.

Milli.Az