Bu sözlərin Azərbaycan dilində qarşılığı təsdiqləndi: “Zaryadka” - “yükləmə”... - VİDEO

26 Oktyabr 2017 21:18

''Adaptr'', ''zaryatka'', ''maus'', ''praqnoz'' kimi sözlərin azərbaycanca qarşılığı tapılıb. Təklif edilir ki, ''praqnoz'' sözü ''öncəgörmə'' , ''maus'' sözü bələdçi, ''adaptr'' və ''zaryatka'' sözləri isə ''yükləyici'' və ''yükləmə'' sözləri ilə əvəz edilsin. Bu sözlərin bəziləri artıq təsdiqdə edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ''adapter'' , ''zaryadka'' və ''kserekopiya'' kimi sözlərin Azərbaycanca qarşılığı təsdiq edilib.
Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
Bundan başqa ''Proqnoz'' sözünün ''öncəgörmə'', ''Maus'' sözünün isə ''bələdçi'' sözləri ilə əvəz edilməsi təklif edilir.
Cəmiyyətdə bu sözlərin Azərbaycanca qarşılığına münasibət isə birmənalı deyil.
Bundan başaq "embarqo" sözü - "qadağa", "kserokopiya" - "üzçıxarma", "konsensus" - "yekdillik", "mesaj" sözünün qarşılığı kimi "ismarıc" sözü təsdiq edilib. Sayalı Sadıqovun sözlərinə görə, əgər ''proqnoz'' sözünün qarşılığı kimi ''öncəgörmə'' sözü təsdiqlənərsə, Milli Hidrometeorologiya Departamentinin
Hidrometeoroloji Proqnozlar Bürosunun adına da dəyişiklik edilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bu sözlərin Azərbaycan dilində qarşılığı təsdiqləndi