Merilin Monronun pornofilmi satılır - FOTO
22 İyul 2011 16:19
Milli.Az xəbər portalı "Ambito Financiero"ya istinadən bildirir ki, dünyanın ən məşhur aktrisalarından biri sayılan mərhum Merilin Monro hələ Norma Cin olarkən çəkildiyi pornoqrafik film satılır.
Monronun rol aldığı, 8 mm-lik plyonkada çəkilmiş film avqustun 7-də Buones-Ayresdə keçiriləcək hərracda satılacaq.
Pornofilmin start qiyməti 500 min dollardır.
7 dəqiqəlik film 1946-1947-ci illərdə çəkilib. İtmiş hesab edilən filmi hərracın təşkilatçısı Mikel Barsa ispan kolleksiyaçının varislərindən satın alıb.
Milli.Az



