İnkişaf etmiş ölkələrdə spirtsiz içkilərin satışı çətinləşib
22 İyul 2011 00:02
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ-ın "PepsiCo" istehsalçısı "Pepsi Cola" və "Mountain Dew" qazlı içkilərin satışının son üç ayda kəskin şəkildə azaldığını bildirir. "PepsiCo" şirkəti Amerikada iqtisadi dirçəlişin qeyri-mütənasib şəkildə həyata keçirildiyini və istehlakçıların stress altında saxlandığını bildirir. "Pepsi Cola"nın Asiya, Yaxın Şərq, Qərbi Afrika və Latın Amerikasında satışı mayla iyun ayı arasında 18 faiz artıb. Hər iki şirkət məhsullarının qiymətini artıracağını bəyan edib.
Milli.Az