"Nabukko"da yeni məsləhətçi

21 İyul 2011 22:10
İtaliyanın mühəndis şirkəti olan "D'Appolonia S.p.A." (D'Appolonia) "Nabukko" boru kəməri layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) üzrə yeni məsləhətçi təyin olunub. "Nabucco Gas Pipeline International GmbH"ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ətraf mühit və sosial sahə ilə bağlı məsələlərdə 50 ildən artıq təcrübəyə malik olan şirkət bu sahədə aparıcı mütəxəssis şirkətdir və layihə miqyaslı Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi prosesinin tamamlanmasında "Nabukko"ya köməklik edəcək.

"D'Appolonia" şirkətinin təyin olunmasında başlıca məqsəd Beynəlxalq Maliyyə İnstitutlarının (BMİ-lər) tələblərinə cavab verən, milli və Avropa qanunvericiliyinə uyğun olan layihə üzrə kompleks ƏMSSTQ prosesini müvəffəqiyyətlə başa çatdırmaqdır.

"D'Appolonia" şirkəti layihə miqyaslı ƏMSSTQ üçün bütün lazımi sənədləri hazırlayacaq.

Milli.Az