“Qəlbimə şeytan girdi” - Bacısının evini yaran qardaşın etirafları - VİDEO - FOTO

25 Oktyabr 2017 14:52

Abşeron rayonunda isə qardaş bacsının evini qarət edib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva rayon polis idarəsinə müraciət edərək, evindən 8400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Oğurluq baş verən mənzilə baxış keçirilərkən qapının və pəncərənin kilidlərinin sındırılmaması əməliyyatçılarda müəyyən şübhələr yaradıb. Polislər oğurluğun ailəyə yaxın adam tərəfindən törədildiyini ehtimal ediblər. Şikayətçi isə evində Yevlax rayonundan iş axtarmağa gələn qardaşı Pərvindən başqa kənar şəxsin qalmadığını deyib. Pərvin Haqverdiyev sorğu-sualın sonunda əməlini etiraf edib. 30 yaşlı şəxs baş verən hadisənin günahını şeytanda görüb.

Pərvin Haqverdiyev - Saxlanılan şəxs: "Şeytan girdi qəlbimə. Gördüm, götürdüm çıxdım evdən. Peşmanam".

Qızılların satışından əldə etdiyi 5 min manatı Pərvin Haqverdiyev restoranlarda xərclədiyini bildirib.

Pərvin Haqverdiyev: "Yeyib içdim. Olanda fəhlə işləyirəm, olmayanda işləmirəm".

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davamç etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qəlbimə şeytan girdi" - Bacısının evini yaran qardaşın etirafları