Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25 Oktyabr 2017 12:52

Azərbaycanın "Azerspace-2/Intelsat-38" ikinci geostasionar peykinin tikintisi üzrə işlər 90 faiz yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın peyk rabitəsi bazarındakı mənbə bildirib.

Tikinti işlərinin 2018-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır. Peykin gələn ilin birinci yarısında buraxılması nəzərdə tutulur.

Peykin orbitə çıxarılması ilə Fransanın "Arianespace" şirkəti məşğul olacaq. Bundan əvvəl "Azerspace/Africasat-1a" ilk peykinin buraxılışını da həmin şirkət həyata keçirmişdi.

"Azerspace-2/Intelsat-38" geostasionar orbitdə 45 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində