Azyaşlılar üçün nəzərdə tutulan saytda seks pozaları öyrədilir.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Belçikada azyaşlılar üçün olan saytda intim pozalar, cinsi əlaqə ilə bağlı məlumatlar animasiyalı şəkillərlə biabırçı formada, təsvirli şəkildə uşaqlara öyrədilir.
Belçikanın Flanders regionunda saytın adı yazılmış broşür məktəblərdə aşağı sinif şagirdlərinə paylanılır. İddialara görə, broşürlərin paylanmasını Belçika höküməti də dəstəkləyir.
"Alles over seks" şüarı ilə təqdim olunan sayt ölkədə qalmaqal yaradıb. Mətbuata müraciət edən valideynlər saytın bağlanılmasını tələb ediblər.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində