Masallıda VAZ yanıb

21 Oktyabr 2017 23:44

Masallıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Masallı rayonu, Qasımlı kəndində "VAZ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az

Digər maraqlı xə