Piyadaların üstündən keçən milyonçu qızının polis idarəsindəki rahatlığı - VİDEO - FOTO

20 Oktyabr 2017 13:20

İki gün əvvəl Ukraynanın Xarkov şəhərində baş verən, 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı yeni görüntülər əldə edilib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdən məlum olub ki, 20 yaşlı oliqarx qızı Alyona Zaitseva "Lexus" avtomobili ilə başqa bir maşınla yarışırmış.

Polislərin verdiyi məlumata görə, Alyona yolun sürət həddi 35 kilometr olan hissəsində 70 kilometr /saat sürətlə hərəkət edib.

Qırmızı işıqdan sürətlə keçən "Lexus" "Touareg"lə toqquşub və piyadaların üstünə aşıb.

Hadisə nəticəsində dünən 6 nəfərin öldüyü deyilsə də, bu gün ölənlərin sayının 5 nəfər olduğu açıqlanıb.

Alyona 3 gündür bölmədə saxlanılır. Onun idarədə polislərlə mübahisə edərkən üzündə təbəssüm olması jurnalistlərin diqqətindən yayınmayıb.

Araşdırmalar davam etdirilir. Alyonanı 10 illik həbs cəzası gözləyir.

Qeyd edək ki, Alyona yerli enerji şirkətinin sahibi, multi-milyoner Vasily Zaitsevin qızıdır. 20 yaşı olan Alyona qəza zamanı xəsarət almayıb. Qəzada yaralananlardan 6-sı komadadır.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Piyadaların üstündən keçən milyonçu qızın polis idarəsindəki rahatlığı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində