7 il bar verməyən ağacdan əcaib meyvə... - FOTO

20 Oktyabr 2017 21:09

Türkiyənin Eskişehir şəhərində Semih Yaşarın bağçasında qəribə bir meyvə bitib. Milli.Az musavat.com-a istinadən bildirir ki, 2010-cu ildə heyva ağacı kimi aldığı ağac 7 il sonra ilk meyvəsini verib. Amma bu, qeyri-adi meyvə olub. Belə ki, görüntüsü alma, armud və heyvaya bənzəyən meyvənin dadı isə meyxoş olub.

İndi S.Yaşar həmin meyvənin nə olduğunu tapmaq üçün alimləri, botanikləri bağına dəvət edib: "Bağçada hər növ meyvə ağacının olmasını istədik. Heyva ağacımız olmadığı üçün heyva fidanı aldıq. Hamının heyva ağacı çiçəklənirdi, amma bizimki yox. Ağacın yarpaqları heyvaya bənzəyirdi, amma illərlə meyvə vermədi. Keçən ilə qədər ağac çiçək açır, meyvəsi qoz boyda olanda tökülürdü. Ən son bu il tam bir meyvə verdi. 7 il sonra nə olduğunu anlaya bilmədiyiniz bir meyvəyə sahib olduq".

Milli.Az