"Monaco" prezidenti məhkəməyə verildi

19 Oktyabr 2017 19:12

"Monako" klubunun prezidenti və sahibi Dmitri Rıbolovyev şəxsi həyata müdaxilə etməkdə ittiham olunur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bolqarıstan vətəndaşı Tani Rappo rusiyalı funksioneri məhkəməyə verib. Rapponun sözlərinə görə o, Rıbolovyevi isveçrəli art-diler İvo Buvye ilə t6anış edib. Buvye "Monako" prezidentinə məşhur rəssamların 37 rəsmini 2 milyard avroya satın almağa kömək edəcəkmiş.

İki il öncə Rıbolovyev onu rəsmlərin qiymətini qəsdən çoxaltmaqda ittiham edib. Tərəflər müqavilə imzalamasına baxmayaraq isveçrəli həbs olunmuşdu. Şəkillərin qiymətinin süni artırılmasını isə Rappo özü etiraf edib. Rıbolovyevin vəkili isə onun etiraflarını gizli formada yazıb. Beləliklə, bolqarıstanlı xanım bu məsələdə ondan icazə alınmamasını şəxsi həyatına müdaxilə kimi qiymətləndirir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində