La Liqanın yayım hüququ "Barselona"ya görə satılmadı

18 Oktyabr 2017 11:50

Futbol üzrə İspaniya çempionatı oyunlarının yayım hüququ üçün tender "Barselona"nın iştirakçılar sırasından çıxarılma ehtimalı ilə əlaqədar iki həftəlik təxirə salınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib:

"Beynəlxalq KİV-lərdə nə danışıldığını biz hamımız gördük, belə ki, hazırda hərraclarda iştirak etmək üçün yaxşı zaman deyil və o, iki həftə müddətinə təxirə salınır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində