Xanım azarkeş Ronaldu ilə gün keçirmək üçün 32 min dollar ödəyib

18 Oktyabr 2017 08:48

Amerikanın Kaliforniya ştatından olan qız İspaniyanın "Real" klubu və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun xeyriyyə fonduna ulduz futbolçu ilə bir gün keçirmək üçün 32 min dollar vəsait ödəyib.

Milli.Az report.az-a istinadən bildirir ki, xanım azarkeş həmçinin "Real"ın İspaniya çempionatında keçirəcəyi iki ev oyununa bilet əldə edib.

Qız, o cümlədən komandanın məşqinə baxa və Ronaldudan avtoqraf ala biləcək.

Milli.Az