Bülənt Qorxmaz istefasından danışdı
23 Mart 2010 13:18
Milli.Az-ın verdiyi xəbərə görə, mövsümün sonuna qədər "Bakı" ilə rəsmi müqaviləsi olan 42 yaşlı türkiyəli mütəxəssis vaxtından əvvəl istefa verməsi haqqında danışaraq, klubun rəsmi saytına açıqlama verib.
"Klub üçün əlimdən gələni etdim. Əminiəm ki, "Bakı" bu dövrdə peşəkarlaşma istiqamətində böyük addımlar atıb. Klub infrastruktur baxımından yüksək səviyyəyə yüksəlib. Bütün bunlara görə "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədova təşəkkür edirəm. Mən 2009-cu ilin sentyabr ayından etibarən rəhbərlik etdiyim "Bakı" futbol klubunun baş məşqçisi vəzifəsindən istefa verdiyimi açıqlayıram . Bu qərarım klub rəhbərliyi tərəfindən qəbul olunub.
Onu da əlavə edim ki, Azərbaycanda çalışdığım günlər həyatımın ən xoş xatirələri kimi qalacaq. Hər birinizə minnətdaram.
"Bakı"ya gələcəkdə uğurlar arzulayıram!"- o bildirib.
Milli.Az