Ukrayna deputat toxunulmazlığını ləğv edir - Poroşenkodan şərh

17 Oktyabr 2017 20:27

Deputat toxunulmazlığının ləğvi və Antikorrupsiya məhkəməsinin yaradılması ölkədə korrupsiyaya qarşı mübarizənin mühüm tərkib hissəsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Petro Poroşenko bəyan edib.

P.Poroşenko uzun müddətdir cəzasızlığa zəmanət verən deputat toxunulmazlığının ləğvi ilə bağlı təxirəsalınmaz qanun layihəsini artıq Ali Radaya təqdim etdiyini bildirib.

Yeni məhkəmənin yaradılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq.

Milli.Az