İrlandiyada "Ofeliya" qasırğası: azı 3 nəfər ölüb - FOTO

17 Oktyabr 2017 08:33

İrlandiyada "Ofeliya" qasırğası nəticəsində azı 3 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli RTE telekanalı xəbər verib.

Daha əvvəl, ağacların aşması nəticəsində 2 nəfərin öldüyü haqda məlumat verilib.

Qeyd edək ki, ölkənin cənubunda elektrik xətlərinin zədələnməsi səbəbindən 360 minə yaxın ev işıqsız qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində