İrlandiyada qasırğa nəticəsində 360 min ev işıqsız qaldı

16 Oktyabr 2017 20:58

İrlandiyada "Ofeliya" qasırğası nəticəsində 360 min ev işıqsız qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, meteoroloqlar Şimali İrlandiya və sahilyanı şəhərlərin sakinlərini ehtiyatlı olmağa, evdən çıxmamağa çağırıb. Məktəblər və əksər idarələr bağlanıb.

Qasırğadan iki nəfər ölüb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün hərbçilər cəlb olunub.

Milli.Az