Paytaxtda 6 otaqlı ev yandı

16 Oktyabr 2017 15:51

Bakının Xəzər rayonunda sahəsi 120 kv.m olan birmərtəbəli 6 otaqlı evdə yanğın olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində