Oğulları öz ataları tərbiyələndirməsə...
21 İyul 2011 10:21
Yeni nəslin necə formalaşması bütün dövrlər üçün əhəmiyyətlidir çünki. Yeni nəsli başlı-başına buraxmaq olmaz axı! Bizim bir gözəl atalar məsəli var: "Özbaşına qız ya halvaçıya gedər, ya da zurnaçıya." Əslində bu fikir indi oğlanlara daha çox aiddir. Qadınları qorumalı olduğumuz təkcə cinsəl əxlaq problemi varsa, oğulları qorumalı min bir problem var. Bu mənada özbaşına oğul ya agent olar, ya terrorçu, vəhabi, xristian, ya da... ya da gey - yəni nakişi! Oğullar isə birinci növbədə kişi olmalıdır! Cəmiyyətin etibarlı əllərə verilməsi bundan daha çox asılıdır deyə bu işlə peşəkar müridlərdən, ustadlar, mürəbbilər, dayələrdən tutmuş ta müəllimlərə kimi hər zaman hamı çox diqqətlə məşğul olmuş və böyük məsuliyyət hiss etmişdir.
Ən böyük və ən mükəmməl tərbiyə isə oğul tərbiyəsi sayılmışdır. Ona görə yox ki, qızların hətta Avropada da qismən qapalı həyat keçirtməsi onların tərbiyə almasının əhəmiyyətini azaldır. Əsasən o səbəbdən ki, oğlanlar cəmiyyətin gələcək keşikçiləri, hakimləri, qurucuları və daşıyıcıları sayılmışlar deyə onların səhv etmək limiti daha azdır. Bu səbəbdən də hökmdarlar öz körpə övladlarına nə qədər adil ustadları, mükəmməl döyüşçüləri və nəcib xidmətçiləri ayırsalar da, özləri də bu işlə məşğul olmağı borc hesab etmişlər. Ən azı hökmdar xislətini, məsuliyyətini, düşüncələrini və nəslin genetik xüsusiyyətlərini onların özü qədər qeyri kimsə daha dolğun anlata bilməz.
Eləcə də hər bir ata öz oğluna ən azı kişilik dərsləri keçməyə borcludur. Oğul başqa atalardan kişilik öyrənməyə meyillənsə, gələcəkdə başqa millətlərə meyli də artıq olacaq. Bu borc ödənilmədikdə oğullar böyüsə də, yaşlansa, hakimiyyət və sərvət sahibi olsa da əsil kişi ola bilməyəcək. Söhbət iri hərflərlə KİŞİ olmaqdan gedir. Kişi ayrıca və böyük bir söhbətdir. Bu həm də bir hissdir, mənəvi keyfiyyətdir, duyğudur. Onu isə birinci növbədə ata formalaşdırmalıdır. Məsələnin adi dədə-baba qaydası da var ki, bunu bilməkdən ötrü heç də psixoloq olmağa ehtiyac qalmır. "Dədə Qorqud" filmində gül-çiçəklə oynayan Turalın öz atası Qazan xanın iradlarına qarşı dediyi sözləri xatırlayırsınızmı? Bəli, Qazan xan ona nə vaxt kişilik öyrətdi ki, əvəzində o kişi olmadı? Kimsə deyə bilər ki, kişi olmurlar, zatən kişi doğulurlar. İlk baxışdan yaxşı səslənir. Amma müasir həyatın sürəti, sərtliyi, ağırlığı, mürəkkəbliyi, əks-təbliğatın gücü, ekologiyanın bunca sıradan çıxarılması, qidaların geninin modifikasiya olunaraq dəyişdirilməsi, eləcə də qadın hormonlarının gücü qarşısında genetik yaddaş həmişə duruş gətirə bilmir. Üstəlik də körpə anasının qarnında olarkən çox mürəkkəb və əks-təsir xüsusiyyətləri əxz edir və bəzən buna görə genetik yaddaşını itirir. Qoy bunu bəzi psevdo "müasirlər" fanatizm və ya qeyri-elmi söhbət hesab eləsinlər, amma unuda bilmərik ki, qadının hamiləlik dövründə yerikləməsi, yeriyini kimdən alması və ana bətnində ikən körpənin kimin üzünə tərpənməsi də şərtdir. Hamilə qadınlar çox həssas olurlar deyə onları çox şey təsirləndirə, duyğulandıra bilər. Onları hətta baxacaqları pis mənzərədən, hadisədən, filmdən, musiqidən, kitabdan, söhbətdən və həmsöhbətdən də qorumaq lazımdır. Dünyaya bir ağac və ya heyvan yox, yeni insan gəlir! O insan böyələrək nəslin şərafətini artıra, xalqın, ölkənin keşiyində dura, inkişafa nail ola və ya hər şeyin axırına çıxa, ləkə gətirə, batıra, məhv edə, özündən sonra üçün pis ad miras qoya bilər. Bu zaman onun lənətini həm də valideynlər çəkməyəcəkmi? Valideyn övladın həm zahiri, həm də daxili obrazının formalaşmasında ən birinci amildir. Həzrət Əli(ə) "Övladlar valideynlərindən daha çox zamanələrinə oxşayar" demişdir. Yəni övladın necə olacağı təkcə Allahın bu cür yaratmasından asılı deyil. Allah bütün bəndələrini gözəl və mükəmməl xəlq edər. Amma onu dəyişən zamanəsidir. Zamanənin ilk güzgüsü isə valideynlərdir. Hələ çölə-bayıra çıxmayan, ailə nəzarətində olan körpə hər şeyi valideynlərində görmürmü? O hətta ana bətnində olarkən də görür və eşidir. Bəlkə daha aydın, daha mükəmməl. Evində daim musiqi sədaları eşidən və ya valideynləri dini söhbətlər edən övladın gələcəkdə mükəmməl musiqiçi və ya din xadimi olacağı kimsəni təəccübləndirmir. Eləcə də atası biqeyrət, binamus, əyyaş və əxlaq pozğunu olan oğuldan əksini gözləmirlər. Heç nahaq deyil ki, qız alarkən xalasından tutmuş bütün nəsli ilə olduğu kimi, qız verərkən kürəkənin atası ilə daha çox maraqlanırlar. Qızlar zahirən əksər hallarda atasına, oğullar isə zahirən analarına oxşayırlar. Bunun bir sıra elmi izahları var. Amma hələ elmin təsdiq edə bilmədiyi səbəblər də az sayılmaz.
Adətən oğlana hamilə olan qadınlar daha çox şirin şeylərə, gəzintiyə, mer-meyvəyə meyillənər, özlərinə diqqət yetirər, güzgüyə çox baxar, həyat yoldaşına bir elə diqqət verməz. Amma bir qədər kobudlaşar, kifirləşər də. Doğulacaq oğlanın anasının üzünə tərpənməsi və ona oxşaması bu cəhətdən tam qanunauyğundur. Qıza hamilə olan qadınlar isə həyat yoldaşına daha çox bağlanar, bixtiyar ona daha diqqətlə tamaşa edər, yeriyini ərindən, qaynından və ya qaynatasından alar, qaynanasına qarşı qıcığı formalaşar. Amma heç də kifirləşməz. Yeriyin nədən ibarət olması da şərtdir. Qıza hamilə olan qadın daha çox erkəyə xas qidalara yerikləyər. Məsələn, meyli kabab, cücə, türş şeylər çəkər. Bütün bunlara görə onun doğulacaq qızının atasına və ata tərəfinə oxşaması təbiidir. Deməli, bunu bilərək də tənzimləmək və ya qüvvətləndirmək mümkündür. Adətən övladı sağlam və gözəl olsun deyə hamilə qadını təbiət gözəlliklərində gəzdirir, könlünü şad edir, sevindirir, bütün istəklərini yerinə yetirir, gül-çıçək qoxuladır, musiqiyə, şadyanalığa istiqamətləndirilər. Qadın qıza hamilədirsə, bunları qismən doğru hesab etmək olar. Amma doğulacaq körpə oğlandırsa, bunlar düzgündürmü? "Dədə Qorqud"dakı Turalı xatırlayaq.Oğul atası olacağını qabaqcadan bilmək indi səhiyyənin texniki imkanlarına tam müvafiqdir. Bunu qabaqcadan bilmək təkcə ailə planlamasına görə deyil, həm də qızın və ya oğulun həm fiziki, həm də mənəvi cəhətdən düzgün formalaşdırılmasına görə münasibdir.Oğul tərbiyyəsinin daha mühüm olduğunu bir daha qeyd edək. Oğul atası hər gün hamilə həyat yoldaşının yanında Qurani-Kərim oxumalı, azan, muğam səsləndirməli, onun TV-də dini, vətənpərvərlik və qəhrəmanlıq filmlərinə baxmasına üstünlük verməlidir. Eləcə də, anasının bətnində olan oğluna xitabən Azərbaycan tarixindən bəhs etməli, milli dəyərlərdən danışmalıdır. Oğul hələ ana bətnində ikən liberal dəyərlər üstündə deyil, milli dəyərlər üzərində tərbiyə almalıdır. Öz hamilə qadının qarşısında gələcək ata özünün sərt üzünü, qətiyyətini, barışmazlığını, eyni zamanda humanizmini də göstərməyə çalışmalıdır. Bunlar hər bir gələcək kişi üçün mühüm keyfiyyətlər deyilmi? İndi bir çox oğlan uşaqları sınıqdan, qandan, yaradan, hətta adicə iynədən də qorxur, qan gördükdə ürəkləri gedir. Eləsindən nə kişi çıxacaq?! Gələcək ata öz qadınının qarşısında və zamanında töyuq başı da kəsməli, ət də doğramalıdır. Və bütün bunlar təbii edilməli, hamilə qadın bundan təsirlənməlidir. Eləcə də, gələcək atanın xanımı ilə elmi söhbətlər etməsi, bu yönümlü filmlərə baxılması, konkret fənlər üzrə kitablar, ensklopediya oxunması çox vacibdir. Əlbəttə, əgər gələcək ata öz oğlu ilə bağlı konkret niyyətlərə malikdirsə, bu ona nə çətin, nə də gülünc görünməyəcək. 9-10-cu sinifdən etibarən oğlu üçün 4-5 repetitor tutan, onun savadlanmasına pul əsirgəməyən çox valideynlər tanıyırıq ki, oğlunun elmi bilikləri müvafiq səviyyədə qavramamasından gileylənir və ya repetitorları günahkar çıxardır. Amma bunun ən əsas günahkarı məhz özünün olmasını düşünən çox az adam tapılar. Təbii ki, bütün gənc kişilərdən yüksək elmi məziyyətlər gözləmək doğru olmazdı. Amma kişilik ki göstərmək onların borcudur. Hamilə vaxtı öz xanımına xüsusi diqqət göstərməyən kişilər zamanı gələndə "Bu kimə oxşadı belə?" deyə təpəsini qaşıyır. Kimə oxşadığını dəqiqləşdirmək üçün xanımının baxdığı cəfəng serialları, ləyaqətsiz müğənniləri və ya insanlara amansızlıq, vəhşilik, əxlaqsızlıq aşılayan filmləri araşdırmalıdır. Ən dəhşətlisi isə oğulların zaman keçdikdən sonra paxıl, xüdpəsənd, valideynə qarşı sayğısız, xain, əclaf, nakişi olmasıdır. Bu sıraya son vaxtlar gənclər arasında geylərin artmasını da əlavə edək. Təbii ki, özü ailəsində qeybət edərək başqasının paxıllığını çəkirsə, valideyninə qarşı sayğısızlıq, dövlətə, Vətənə etinasızlıq göstərirsə, bu itməyəcək, övladında nə vaxtsa özünü biruzə verəcək. Son vaxtlar erkəklər arasında artmış homoseksualizmi, əxlaqsızlığı, qadın ədabazlığının da bir səbəbini qadının hamiləlik dövründə həyat yoldaşı ilə soyuq münasibətində, heç bir kişilik məziyyətləri daşımayan bir çox erkək müğənnilərə rəğbətində, bütün günü TV-lərdə, toylarda və konsertlərdə elələrinə heyranlığında, elələrini kumir seçməsində, boş-boşuna laqqırtı vurmaqlıqda, daha çox qadınlarla ünsiyyətə olmasında axtarmaq lazımdır. Ana bətnində olan körpə elələrindən yaxşı nə əxz edə bilər ki? Son iyirmi ildə cəmiyyətdə artan xırda biznes təfəkkürü gənc ailələrdə ataların düşüncəsini zəhərlədi, intellekt səviyyəsi aşağı düşən insanlar daha çox keyf və əyləncələrə meyilləndilər. Yeyilən qidalar da ekoloji cəhətdən zərərli olduğu üçün sonsuzluğa və ləsliyə rəvac verdi. "Ləs" heç də dialekt ifadə deyil. Yeni nəsil erkəklərin zabitəli, qətiyyətli, dərin düşüncəli və milli mənəvi dəyərlərə sayğılı olmaması onların atasının xarakter etibarı ilə yumşaqlığından qaynaqlanır. İfrat kişi yumşaqlığı məhz kişi ləsliyi hesab edilir və əvvəllər heç qadınlar da bunu bəyənmirdilər. Qidaların ekoloji cəhətdən yararsız olması ucbatından kişilərin cinsəl potensialı da aşağı düşmüşdür. Əvvəllər seksopotoloqa müraciət edən bir kimsə tapılmazdı və bu, Azərbaycan tibbində ən zəif sahə hesab olunardı. Amma indi... İndi dünyaya övlad gətirmək üçün müalicə prosedurasını keçməyən çox az gənc ailə tapılar. Bu zaman isə pereparatlar qadınlarda qadınlıq hormonlarını inkişaf etdirir və körpə də əksər hallarda qız olaraq doğulur. Süni mayalanma vasitəsilə doğulan körpələr də az deyil. Həmin izdivac əslində qadınla kişinin kəbinli əlaqəsini ifadə etmədiyi üçün zina əməli, körpə isə bic sayılır. Mayalanma zamanı istifadə olunan rüşeymin sahibi, milliyəti, dini məlumdurmu? Lap məlum olarsa belə, bunun bir açması da qadının həmin kişi ilə cinsəl əlaqəsi anlamını vermirmi? Bic-vələdəzünadan isə gələcəyinə hesablanmış çox az şey gözləmək lazımdır. Hətta bu halda da qismən uğur qazanmaq mümkün sayıla bilər. "Ata" sayılacaq erkək bu zaman yuxarıda qeyd olunduğu qaydada tərbiyyə işləri ilə məşğul ola və körpədə müəyyən müsbət keyfiyyətlər aşılaya bilər.
Oğulun bir kişi olaraq formalaşmasının daha mühüm hissəsi onun dünyaya gəlişindən sonra başlanır. Əksər atalar övladın tərbiyyəsi ilə anasının məşğul olmasını münasib sanırlar. Guya ki, onlar çörək qazanmaqla məşğul olduqları üçün bu işlə qadınlar məşğul olmalıdır. Ancaq övlad üçün ən yaxşı ruzu və qazanc ona gözəl əxlaq verilməsidir. Böyəlib narkoman, oğru, əyyaş və ya nakişi (gey) olacaqsa, ondan ötrü çörək qazanmağa dəyərmi? Qız körpələri zahirən atalarına oxşasalar da əməldə analarına oxşamaq istəyərlər. Nəzərləri bir qadınlıq duyğusu ilə anasına dikilər. Gəlincik, evcik oyuncaqları və sair. Eləcə də oğul atalarına baxar, onun hərəkətlərini hafizəsinə yazar, ona oxşamaq istəyər. Əgər ata əyyaşlıq edirsə, papiros tüstülədirsə, söyüş söyürsə, qab-qacaq sındırırsa, özünü ikiayaqlı heyvan kimi aparırsa öğul ondan qeyri nə öyrənəcək? Ərlərindən uzaq düşən, diqqətsiz və ya dul qalan qadınların oğulları üçün kişi kimi böyümək çox çətin olur. Kişiliyi baxıb analarındanmı öyrənəcəklər? Daim ana nəzarətində böyələn oğlanlar sonra "mama uşağına" çevrilir. Ərsiz pozğun qadınlardan isə... Oğulun düşüncəsində psixoloji cəhətdən analarından kişiyə bir həsrət hissi keçir. Böyüdükcə bu hiss də böyüyür və onlar potensial geyə (nakişiyə) çevrilirlər. Oğula sahib heç bir ata bu təhlükədən sığortalanmayıb. Bir müsəlman özünün üç günlük körpə övladını Həzrət Məhəmməd peyğəmbərin(s.a.a) yanına gətirir və ondan öz oğluna əsil zamanında tərbiyə verməsini xahiş edir. Peyğəmbər salavatullah çağanın üç günlük olduğunu bildikdə, atasına onun düz üç gün yubandığını bildirir. Oğul arzulamaqla deyil ki! Oğula layiqli ata olmaq üçün zamanında əsil kişi kimi formalaşmaq lazımdır. Bu zaman isə hər bir oğlan dünyaya gələn andan başlanır.
"Olaylar" qəzeti