Kot-di-Vuar sahillərində Fransanın hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Milli.Az Reuters-ə istinadən bildirir ki, Ukrayna aviaşirkətinə məxsus olan təyyarə Fransanın Kot-di-Vuardakı hərbi kontingenti üçün yük daşıyırdı.
Burkina-Fasodakı Uaqaduku şəhərindəki hava limanında səmaya qalxan təyyarə Abican sahillərində suya düşüb.
Qəzada təyyarə heyətinin Moldova vətəndaşı olan 4 üzvü həlak olublar, 3 fransalı hərbçi yaralanıb.
Fransanın Kot-di-Vuarda 950 nəfərlik hərbi kontingenti var və Abicandakı hərbi baza Çadın paytaxtı Ncamenada baş qərargahı yerləşən antiterror əməliyyatının maddi-texniki təchizatını təmin edir.
Milli.Az