Çalağan verdik, ilan aldıq

19 İyul 2011 21:55
Bakı və Çexiyanın zooparkları arasında heyvan mübadiləsi proqramı çərçivəsində paytaxtımıza yeni heyvanlar gətiriləcək.

Milli.Az xəbər portalı "Trend Life"-a istinadən bildirir ki, zooparkın müdiri Azər Hüseynov hansı heyvanları alacaqlarını dəqiqləşdirib.

"İyulun sonunadək aralarında imperator əfisi də olan üç növ ilan, həmçinin tutuquşu heyvanxanamıza çatdırılmalıdır", - o, deyib.

A.Hüseynovun sözlərinə görə, proqrama uyğun olaraq artıq Çexiya zooparkına qara qrif və bir çalağan göndərilib.

Milli.Az