DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq

13 Oktyabr 2017 12:51

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində