"Məhəllə 2 Moskvada" filmində Dusya obrazını yaradan aktrisa, əməkdar artist Sveta Bulaxdan xəbər var.
Milli.Az xəbər verir ki, milliyyətcə ukraynalı olan aktrisa uzun illərdir ki, Musiqili Teatrda çalışır. Teatrın rus bölməsində tamaşalarda çıxış edən aktrisa bir neçə uşaq tamaşasına rejissorluq da edib. Aktrisanın iki övladı var və o çox zaman vaxtını Rusiyada onlarla birlikdə keçirir.
Aktrisanın fotolarını sizə təqdim edirik.
Əli Rəhimoğlu
Milli.Az