Sumqayıtda uşağın əli ət çəkən maşında qaldı

12 Oktyabr 2017 23:56

Sumqayıtda azyaşlının əli ət çəkən maşında qalıb.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlının əli ət çəkən maşında sıxılmış vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri uşağa lazımi köməklik göstərib və onu aidiyyəti üzrə təhvil veriblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində