Bakıda mənzildən kişi meyiti aşkarlanıb

12 Oktyabr 2017 23:38

Bakıda mənzildən 58 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cu il təvəllüdlü Kərimov Aydın Həmid oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində