Straçan istefaya göndərilib

13 Oktyabr 2017 07:14

Şotlandiya millisinin baş məşqçisi Qordon Straçan istefaya göndərilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəsislə bərabər köməkçisi Mar Makqi də postunu tərk edib. Bu barədə Şotlandiya Futbol Assosasiyası məlumat yayıb. Qurumun baş direktoru Styuart Riqan istefa səbəbi kimi komandanın dünya çempionatından kənarda qalmasını qeyd edib. Straçan 2013-cü ildən millinin sükanı arxasında idi. Şotlandiya seçmə mərhələnin F qrupunda keçirdiyi son oyunda Sloveniya ilə heç-heçə edərək (2:2) pley-offda oynamaq şansını itirmişdi.

Milli.Az