Lamela məşqlərə başladı

13 Oktyabr 2017 05:30

"Tottenhem"in uzun müddət zədədən əziyyət çəkən futbolçusu Erik Lamela məşqləri bərpa edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, keçən ilin oktyabrında budundan zədə alan 25 yaşlı yarımmüdafiəçi bu ilin mart ayında əməliyyat olunmuşdu. Lamelanın noyabrda tam hazır olacağı gözlənilir. Argentinalı futbolçu 2013-cü ildən London klubunda çıxış edir.

Milli.Az