Gəncədə qadın bıçaqla özünü öldürdü

12 Oktyabr 2017 22:39

Gəncə şəhərində mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub.

Milli.Az report-a istinadən bildirir ki, oktyabrın 11-də Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mənzillərin birində 47 yaşlı Gülmira Səfixanovanın üzərində bıçaq xəsarəti olan meyiti tapılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda istintaq başlanılıb və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində