İŞİD əsirliyindən qaçmış iraqlı qadının iztirablı hekayəti - FOTO

12 Oktyabr 2017 21:41

N.B. İslam Dövləti adlandırılan təşkilat tərəfindən əsir edilmiş, zorakılıq və təcavüzə məruz qalmış İraq qadınlarından biridir. O əsir düşməsinin və bu əsirlikdən qaçmasının hekayətini İraqın şimalındakı Kərkükdə BBC müxbirinə danışıb.

Qadın təhlükəslik mülahizələri ilə videoya çəkilməsini və əsl adının açıqlanmasını istəməyib. Onun hekayəti bəzi oxuculara həddən-ziyadə təsirli görünə bilər.

A funeral ceremony for some of the people killed in the Camp Speicher massacre.

İD həyatlımıza daxil olmazdan əvvəl biz Tikrit şəhərinin Əl-Aləm rayonunda yaşayırdıq.

Mən şiə türkmanam, ərim isə sünni ərəbdir. O bizim icmamızda yaşlı bir imam, çox hörmət edilən bir şəxs idi. Onun namaza imamlıq etdiyi məscid evimizin yanında idi.

Biz əvvəllər sünni və şiənin nə demək olduğunu bilməzdik. Heç kəs belə söhbətlər etməzdi. Bizim icmamızda heç kimin heç kimlə düşmənçiliyi yoxdu.

Balaca bir baqqal dükanımız vardı. Mən evdə çörək bişirər, bağçamızda tərəvəz becərərdim. Allaha şükür özümüzü dolandırırdıq.

Bizim böyük evimizdə bir neçə gənc müəllimə kirayənişin kimi yaşayırdı. Onlardan biri əliuşaqlı idi.

Mənim iki uşağlım var - bir qız, bir oğlan. Onlar bu türkman müəllimələrin işlədiyi məktəbdə oxuyurdular. Məktəbə də hər gün bir yerdə gedərdilər.

İD Tikrit şəhərinə daxil olanda Camp Speicher-də çox sayda əsgəri edam etdilər. Diqqət edin ki, bu, İD-in törətdiyi ilk qətliam idi. Onlar orada 1500 adam öldürmüşdülər və cəsədlərdən bir çoxunu Dəclə çayına atmışdılar.

Bu qətliamdan qaçan əsgərlərdən bəziləri Dəcləni keçərək bizim tərəfə gəlirdilər. Sonra onların arxasınca İD də gəldi.

İD-in qətliamlarından qaçanların arasında türkmanlar da vardı. Mənim də türkman olduğumu biləndən sonra onlardan bəziləri bizim evə sığınmışdı.

Biz onlardan bəzilərinə qadın paltarı geyindirərək qaçmalarına kömək etmişdik.

İD şəhərə gələndən sonra mən türkmanlardan birini evimizin sobasında gizlətmişdim. Soba istiydi və o hələ bir azca yansa da, səsini çıxarmamışdı.

Ərim məsciddə Bəsrədən olan üç şiəni gizlətmişdi.

Bir gün İD gecə saat üçdə evimizə gəldi. Onlar başa düşdülər ki, biz əsgərlərə kömək edirik.

Onlar Bəsrədən olan gəncləri dərhal çıxartdılar və dərhal da öldürdülər. Ərimi də apardılar. Mən ondan sonra ərimdən heç bir xəbər-ətər almamışam.

A commemoration service near the river Tigris for soldiers killed in Camp Speicher in 2014 by IS militants.

Sonra onlar yenə də gəldilər. Bizi evdən çıxarıb evi partlatdılar.

Mən iki uşağım və türkman müəllimələr, onlardan birinin körpəsi və ərimin başqa arvaddan olan qızı ilə evdən çıxdıq. Yola düzəldik.

Amma sonra İD bizi dayandırdı və maşın təmiri qarajına apardı. Buraya ətraf yerlərdən olan başqa qadınlar da gətirilmişdi.

Biz burada 22 qadın və uşaq idik. Onlar qızları ərli qadınlardan ayırdılar. Sonra qızları gözümüzün qarşısında zorladılar.

"Bacı, bizə kömək elə, bizi bunların əlindən al" - deyə qızlar ağlaşırdılar.

Mən onları vücudumla örtür və İD adamlarına deyirdim: "And olsun Qurana ki, onlar bakirə deyillər. Allah xatirinə bunu etməyin".

Onlardan biri məni vurdu, başqa birisi isə çiynimi çox bərk dişləyib yaraladı.

Dörd kişi qızları növbə ilə zorlayırdı.

IS militants in Mosul (2014).

Onlar mənim 18 yaşlı ögey qızımı da zorladılar. Onu mən böyütmüşdüm. Qız elə zorlananda öldü.

Başqa qızlar 20 yaşlarında idilər. Onlar qızları həm zorlayır, həm də döyürdülər.

Qızlardan biri çox gözəl idi. Onlar onu lap çox zorladılar, başına oyun açdılar. Qızları qan aparırdı.

Onlardan biri qayalığa düşmüşdü, bədənində açıq sınıqlar vardı. Az sonra o da öldü.

Qızlar bir-bir ölürdülər. Yorğun idilər, onları qan aparırıdı, sarsılmışdılar.

Mən kişilərin üzünə baxdım və gördfüm ki, onlardan ikisini tanıyıram. Onlar şəhərimizin yaxınlığındaklı sünni kəndindən idilər. Bu kənddən İD-ə çox adam qoşulmuşdu. Amma çox sayda başqa sünni ərəb kəndləri İD-ə güclü müqavimət göstərmişdi.

Biz qadınları qarajda tək saxlayırdılar. Yeməyə heç nəyimiz yox idi. O qədər arıqlamışdım ki, sifətim skeletə oxşayırdı. Bir dəfə məni əqrəb sancanda heç ağrını hiss etməmişdim.

Günbəgün tükənirdik. Beynimiz fikirləşə bilmirdi.

"Kim sağ qalsa, uşaqlara baxsın" - deyə bir-birimizə vəd edirdik.

Bu qarajda 21 gün keçirdik.

İD üstümüzdə bir qoca kişini qaravul qoyub getmişdi. Kişinin bizə yazığı gəlirdi.

Zorlamalar dayananda bu kişi gələr, bizə su gətirərdi.

Bir dəfə o özü ilə bir keçi gətirib uşaqlar üçün süd sağdı. Uşaqlarım deyirdilər ki, elə bil südün içinə qənd atıblar.

Bir gün onlar yenə də gəlib bizi iki qrupa ayırdılar. Bir dəstəni harasa apardılar.

A sign belonging to IS near Hawija.

Mən uşaqlarım, bir qadın və türkman müəllimənin körpəsi ilə qaldım. Anası zorlanarkən ölmüşdü.

Bir gecə həmin qoca İD adamı bizə dedi: "Onlar sizi də aparacaqlar. Burdan qaçmalısınız".

O bizi yola çıxarıb qayıtdı.

Mən Allaha şükürlər edirdim ki, bu qoca kişini köməyimizə göndərib.

Sonralar öyrəndim ki, onu bizə kömək etdiyinə görə edam ediblər. O çox yaxşı adam idi...çox yaxşı...

Biz səhra ilə getməyə başladıq. Yağış yağırdı, hər yer palçıq idi. Əynimizdə düz-əməlli paltarımız da yoxdu. Yeməyə heç nəyimiz yoxdu və biz ot yeyirdik.

Müəllimənin bələkdəki körpəsi yolda mənim qollarımın üstündə öldü.

Beş gündən sonra biz Kərkük ərazisindəki Məktəbi Xalid deyilən yerə çatdıq. Qaçıb qurtara bilmişdik.

Mən sonra qoca xalamın Kərkükdəki evində yaşamağa başladım.

Ailəsi, mənimlə birlikdə qaçmış gənc qadından imtina etdi. Demişdilər ki, bu, namus məsələsidir. Bu qadın indi İrandadır və psixiatrik müalicə alır.

Al-Alam residents move back to their homes after it was retaken from IS militants in 2015.

Sonralar da ərimin haralarda olduğunu öyrənə bilmədim. Mən ögey qızımın və bizə qaçmaqda kömək etmiş kişinin qəbirlərini axtarırdım. Amma tapa bilmədim.

Hər yerdə qurbanlara qohum olan ailələr vardı. Onların hamısı qüssə içindəydi.

Uşaqlarım hələ də özlərinə gəlməyiblər. Oğlum bütün bu hadisələri görəndən sonra qaradinməz olub.

Mən şəhərə qayıdıb yenidən məskunlaşmağa çalışdım, amma bacarmadım. Heç nəyimiz qalmamışdı. Mən indi bir qoca qadına dayəlik edirəm və bundan qazandığım pulla dolanıram.

İD bizim başımıza dəhşətli qəddarlıq gətirib. Onlar kürdlərə də çox işgəncələr veriblər.

Biz çox iztirab çəkmiş, çox pisliklər görmüşük. Düşünürəm ki, belə qəddarlığı yalnız öz üzərində görmüş insanlar bunun necə bir cəhənnəm olduğunu başa düşər.

İndi isə yalnız öz uşaqlarım üçün yaşayıram.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində