Cey Lo evini satışa çıxardı - 27 milyona - FOTO

12 Oktyabr 2017 20:11

Müğənni Cennifer Lopez 7 aydır birlikdə olduğu sevgilisi, keçmiş beyzbolçu Aleks Rodriqezlə birlikdə yaşamaq qərarı verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən ifaçı Nyu-Yorkdakı evini satışa çıxarıb.

Cey Lonun 27 milyon dollara satdığı mülk iki mərtəbəlidir. Malikanədə böyük zal, 4 yataq otağı, bir mətbəxt və geniş bağı olduğu bildirilir.

Milli.Az