Cənnətdə ailəmizlə birlikdə yaşayacağıqmı?

15 Oktyabr 2017 21:50

Milli.Az zikr.az-a istinadən bildirir ki, cənnətdə hər kəs Cənnətə düşən ailə üzvləri ilə birlikdə yaşayacaq. Uca Allah buyurur: "Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar. O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu - əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (ər-Ra'd, 19-24).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində