Məşhur xəstəxanada su kəsildi - "Sizin nəyinizə gərəkdir ki, burada su gəlir, ya yox?"

12 Oktyabr 2017 17:06

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (Eksperimental xəstəxana) bir neçə gündür, su gəlmir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Aslan İsmayılov məlumat verib. O bildirib ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir.

Medicina.az məsələ ilə bağlı ətraflı məlumat almaq üçün xəstəxana ilə əlaqə saxlayıb. Xəstəxananın təsərrüfat məsələləri üzrə məsul şəxsi Əmir müəllim faktı təsdiqləyib, lakin ətraflı məlumat verməyib: "Sizin və ya kimin nəyinə gərəkdir ki, burada su gəlir, ya yox? Borca görə 1-2 günlük problem yaranmışdı, borc ödəndikdən sonra suyun verilişi bərpa olunub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində