Cəbhə xəttində mövqelərimiz avtomat və pulemyotlardan atəşə tutuldu
23 Mart 2010 12:06
Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Düşmən qüvvələri martın 22-də saat 13.35-dən 14.00-dək Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən və Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Milli.Az