1997-ci ildə Uels gözəli seçilən, "Coronation Street" serialına çəkilən aktrisa Melanie Hughes ( Melani Hyuuz ) bazar günü vəfat edib.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, o, 38 yaşında dünyasını dəyişib.
Onun ani ölümündən kövrələn əri, 49 yaşlı Rick məyus olduğunu dilə gətirib. O bildirib ki, Melani üçün çox darıxır.
Qeyd edək ki, cütlüyün iki uşağı var.
Milli.Az fotoları təqdim edir:
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində