Dünyanın ən qısa IQ testi - 3 sualla biliyinizi yoxlayın - İzahlı cavab - FOTO

12 Oktyabr 2017 11:30

Professional IQ testləri sizin nə qədər məntiqli olduğunuzu ölçsə də, əsasən, çox vaxt alır.

Milli.Az "Mirror"a istinadla bildirir ki, yeni 3 sualdan ibarət IQ testi tərtib olunub. Suallar asan görünür, amma çox çaşdırıcıdır.

Milli.Az sualları təqdim edir:

Diqqətli olun:

1) Tennis topu ilə raketkanin birlikdə qiyməti 1.10 dollardır. Raketka ayrılıqda topdan 1.00 dollar baha satılır. Topun dəyəri nə qədərdir?

a) 15 sent

b) 10 sent

c) 5 sent

İlk baxışda cavab 10 sent kimi görünür, hətta testdən istifadə edənlərin 74 faizi də 10 sent cavabını seçib. Lakin cavab 5 sentdir.

İzahı:

Əgər top x olsa, raketka x+1dir.

x+(x+1)=1.10

2x=0.1

x = 0.05

2) Əgər 5 dəzgah 5 dəqiqəyə 5 cihaz emal edirsə, 100 dəzgah 100 cihazı neçə dəqiqəyə emal edər?

a) 100 dəqiqə

b) 50 dəqiqə

c) 5 dəqiqə

İlk baxışda cavab 100 dəqiqə görünsə də, cavab yanlışdır. 

Əgər 5 dəzgah 5 cihazı 5 dəqiqəyə emal edirsə, deməli, bir dəzgah bir cihazı 5 dəqiqəyə emal edir. Belə ki, cavab 5 dəqiqədir.

3) İçərisində zanbaqlar olan göl düşünün. Zanbağın yataqları hər gün iki dəfə böyüyür. 48 gündə zanbaq yataqları gölün bütün hissəsini örtərsə, gölün yarım hissəsi neçə günə örtülər?

a) 24 gün

b) 47 gün

c) 36 gün

Testi cavablayanların çoxu haqlı olaraq 47 günü seçib. Çünki zanbaq yataqları hər gün əvvəlki gün olduğundan 2 dəfə böyüyür.

Qeyd edək ki, testi nə qədər sürətlə düzgün cavablanırsanız, nəticə o qədər yüksək olacaq.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində