Tanınmış sənətçi avtomobilində güllələndi - FOTO

12 Oktyabr 2017 09:29

Ötən gecə saat 3-də tanınmış türkü ifaçısı Gökhan Doğanay silahlı hücuma məruz qalıb.

Milli.Az "Cadde"yə istinadla bildirir ki, hadisə ötən gün İstanbulun Kadıköy səmtində baş verib. Avtomobili ilə hərəkətdə olan sənətçiyə digər avtomobildən atəş açılıb. Mərmilərdən 3-ü onun bədəninə girib. Sənətçi xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.

Polis məsələ ilə bağlı araşdırmalara başlayıb, hücum edən şəxslərin kimliyi müəyyənləşdirilir.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində