Plevritin əmələ gəlmə səbəbləri

12 Oktyabr 2017 22:55

Plevritin və plevral möhtəviyyatın əmələ gəlmə səbəbləri müxtəlifdir. Plevral möhtəviyyat transsudat və ekssudat ola bilir.
Ekssudatlar iltihabi etiologiyaya malik olub plevral səthə söykənən strukturların iltihabının nəticəsi hesab olunur. Plevrada iltihabi proseslər olduqda limfatik kapillyarlarda genişlənmə, keçiriciliyin artması, ödem, plevraaltı qatın infiltirasiyası baş verir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, patologiyanın əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:
- bakteriyalar, viruslar, göbələklər, parazitlər, mikoplazmalar
- müxtəlif infeksion xəstəliklər
- atipik törədicilər
- limfa düyünlərinin vərəmi
- plevra və ağciyərlərin metastatik vərəmi
- ağciyərlərin xərçəngi, leykoz, limfomioma
- pnevmoniyalar, ağciyərlərdə baş verən irinli proseslər
- qarındaxili abseslər
- mədəaltı vəzin xəstəlikləri
- qaraciyər daxili abseslər
- qida borusunun perforasiyası
- birləşdirici toxumanın sistem xəstəlikləri
- plevritə səbəb ola bilən dərman vasitələri
- ürək xəstəlikləri və əməliyyatları
- uremiya
- plevra qişasının tamlığının pozulması.
Xəstəliyin əlaməti güc verdikcə və öskürdükcə güclənən və bədənin vəziyyətindən asılı olan ağrıdır. Ağrı döş qəfəsində baş verir, xəstələrədə təngnəfəslik və temperatur müşahidə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində