Smartfon bazarında gəlirlərin 80 faizi onların payına düşür - REYTİNQ

12 Oktyabr 2017 08:59

Bu ilin ikinci rübündə qlobal smartfon bazarında ümumi gəlirin 80 faizini topdansatış orta qiymətləri 400 dolları keçən cihazlar təmin edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aprel-iyun aylarında belə cihazların payına ümumi gəlirin 79,3 faizi düşüb.
 
Dünya bazarında ümumi telefon satışına görə lider olan "Samsung" şirkətində 400 dollardan yuxarı olan cihazların payı ümumi gəlirin 66,4 faizini təşkil edib.
 
Aparıcı tədarükçülər arasında ikinci yerdə gələn "Apple" şirkətində bu göstərici 96 faiz olub.  

"Counterpoint Technology Market Research" şirkəti qeyd edir ki, ötən rüb smartfon tədarükçülərin ümumi gəliri bir il əvvəlki analoji dövrlə müqayisədə 10 faiz azalıb.

Maraqlıdır ki, "Apple"in payına ümumi gəlirin 65,1 faizi düşüb, halbuki ədəd satışı ilə "Apple" imperiyası dünya üzrə mobil telefonlar bazarında cəmi 9 faizə yaxın pay əldə edə bilib.  

"Samsung" şirkətinin mobil telefon tədarükçüləri arasındakı gəlir payı isə 22,3 faiz təşkil edib. Daha 4,1 faiz "Huawei" smartfonlarının payına düşüb. Daha sonrakı yerləri müvafiq olaraq 4,0 faiz və 3,0 faiz pay nəticə ilə "Oppo" və "Vivo" şirkətləri tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində