"Xumar Qədimova mahnımı icazəsiz oxuyub" - Musa Musayev - VİDEO - FOTO

10 Oktyabr 2017 15:20

"Elə müğənnilər var ki mahnılarıma müraciət edirlər və heç demirlər kimindir".

Milli.Az bildirir ki, bu sözləri ARB TV-nin "Günə davam" proqramına açıqlaması zamanı müğənni Musa Musayev deyib.

Onun sözlərinə görə mahnıları oxuyan müğənnilər müəllif hüququnu qorumurlar:

"Xumar Qədimova "Yalan dünya" mahnısını götürüb oxuyub. Halal xoşu olsun. Yaxşı qızdır, amma söhbət ondan gedir ki adımı qeyd etməyib. Heç olmasa demək lazımdır ki, bunu kim yazıb. Mənim xəbərim yox idi o, oxuyanda".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin: