Şumaxer ölümlə üz-üzə: çəki 45, boy 1.60 olub - FOTO

7 Oktyabr 2017 13:42

Dünyanın ən məşhur Formula 1 pilotlarından biri olan Mixail Şumaxer ölümlə qarşı-qarşıya qalıb.

Milli.Az xəbər verir ki, 7 qat dünya çempionu 2013-cü ilin dekabrda kəllə-beyin travması almışdı və hazırda komamadır.

Təəssüf ki, o komadadır və son gücü ilə ölümlə yaşam arasında mübarizə aparır. Onun sağ qalmaq şansı çox azdır. Ailəsi onun yanından bir dəqiqə belə olsun ayrılmır, lakin onu belə vəziyyətdə görmək bütün yaxınlarının ürəyinə dağ çəkir 

Bu sözləri Şumaxerin ailə üzvlərindən biri "Auto-bild"ə bildirib.

"Qırmızı Baron" nəfəs cihazına qoşulu haldadır və 24 saat həkim nəzarətindədi. Hazırda keçmiş pilotun çəkisi 45 kq.-dır. Boyu isə 14 sm qısalaraq 1.60 m olub.

Image result for schumacher coma

Qeyd edək ki, 48 yaşlı Şumaxerin Dallas klinikasına aparılacağı deyilirdi.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsind