Bülənt Korkmaz "Bakı"dan istefa verdi

22 Mart 2010 17:25
Bu barədə Fanat.az-a klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

Seyidovun sözlərinə görə, Bülənt Korkmaz baş məşqçi postundan öz ərizəsi ilə və könüllü şəkildə gedib.

"Bülənt Korkmaz istefa ərizəsi ilə klub rəhbərliyinə müraciət edib. Rəhbərlik onu öz vəzifəsində qalmağa razı salmağa çalışsa da, türkiyəli mütəxəssisin israrından sonra ərizəsi qəbul olunub" - o, deyib.

Baş məçqçinin istefasına səbəb göstərmədiyini bildirən Y.Seyidov bunun Premyer Liqanın son turundakı məğlubiyyətlə bağlı olmadığını bildirib.

"Klub prezidenti Bakıda olmadığı üçün komandanın baş məşqçisi postuna namizədlərlə bağlı məsələ hələlik gündəmdə deyil. Komanda hazırda məşqçilər heyətinin sərəncamındadır. Çox güman ki, futbolçuları növbəti oyuna onlar hazırlaşdıracaq"- deyə o bildirib.

Qeyd edək ki, türkiyəli mütəxəssis bu posta ötən ilin sentyabrında təyin olunmuşdu.

Milli.Az