Dünya şöhrətli futbolçu rəngsazlıq edir

7 Oktyabr 2017 13:15

"Everton"un hücumçusu Ueyn Runi sərxoş halda avtomobil idarə etdiyi üçün 100 saatlıq ictimai cəza işlərini görməyə başlayıb.

Milli.Az xəbər verir ki, məşhur futbolçu qocalar evində skamyaları rəngləməklə məşğul olub.

Qeyd edək ki, klubu Runini bu hərəkətinə görə 300 min funt cərimələyib. Növbəti belə bir hərəkət onu klubdakı yerindən edə bilər.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində