İmam Zaman ağanın qeybi nəyin nəticəsidir?

10 Oktyabr 2017 23:40

Tarixin üç hadisəsi olan Bəni-Səqifə, Kərbəla və İmam Zaman ağanın (ə.f) qeybə çəkilməsi o hadisələrdəndir ki, bir-biri ilə əlaqəlidir.

Həqiqətdə demək olar ki, Kərbəla hadisəsinin toxumları Bəni-Səqifədə tökülmüşdü. Kərbəla hadisəsi isə İmamın (ə) qeybi üçün toxumları səpməyə başladı. O kəslər ki, haqsız yerə xilafət fitnəsi saldılar, gələcək cinayətlər üçün şərait yaratdılar.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hadisələrin baş verməsində insanlar da təqsirlidir. Belə ki, əgər sükut etməsəydilər və Qədir-Xum hadisəsini görməməzliyə vurmasaydılar və Peyğəmbərin (s) vəfat etdiyi ilk gündə evinə hücum çəkməsəydilər, əziz qızını qapı arxasında qoyub zülm etməsəydilər, nə Kərbəla hadisəsi olardı, nə də qeyb.
 
İnsanların məhz sükut etməsi və cinayətlərə göz yumması tarixi bu hala saldı və ağrılı Kərbəla hadisəsi üçün müqəddimə oldu.
 
Mərhum Məclisi buyurur: "Aşura günündə İmam Hüseyn (ə) dayandı ki, bir qədər istirahət etsin. Anidən alçaq bir insan Həzrətin (ə) başına daş vurdu. İmam (ə) köynəyini yuxarı qaldırdı ki, alnının qanını təmizləsin, bu zaman düşmən ox atalarından biri üçpərli oxu İmamın (ə) sinəsinə tuşladı və Həzrətə (ə) tərəf atdı. Həzrət (ə) sinəsinə dəyən bu oxu çıxartdı və mübarək saqqalı qana boyanmışdı. O, bu halda buyurdu: "Bu cür qalacağam ki, cəddim Allahın Rəsulunu (s) bu halda görüm. Öz qanıma boyanmış halda deyəcəyəm: "Ey Allahın Rəsulu! Filankəs və filankəs məni öldürdü"".
 
Ona görə də deyə bilərik ki, bu iki mühüm hadisə: Bəni-Səqifə və Kərbəla hadisəsi İmam Zaman ağanın (ə.f) qeybə çəkilməsi üçün zəminələr yaratdı.
 
Qeybi bu iki hadisənin məhsulu hesab etmək olar.
 
İnsanlar hətta Aşura hadisəsindən sonra da ayılmadılar və qəsbkar xəlifənin dediklərinə və etdiklərinə razı olub, boyun əydilər. Ona görə də İmamların (ə) bir çoxu evində həbs olundu və ya zindanlara salındı.
 
Beləliklə deyə bilərik ki, qanlı Aşura hadisəsinin və qeybin baş verməsinin əsil səbəbi məhz Səqifə hadisəsi olmuşdur ki, insanlar ona sükut edərək, onunla razılaşaraq öz bədbəxtliklərini və gələcək nəsillərin bədbəxtliklərini imzalamışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində