Şamaxıda maşın dərəyə aşdı, 4 nəfər yaralandı - VİDEO - FOTO

6 Oktyabr 2017 20:20

Şamaxı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 126-cı kilometrliyində, Meysəri kəndi ərazisində qeydə alınıb.

24 yaşlı Elmar Azər oğlu Süleymanov idarə etdiyi 10 RO 933 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq 10 metr dərinliyi olan dərəyə yuvarlanıb.

Hadisə nəticəsində sürücü Süleymanov Elmar Azər oğlu və sərnişinləri - 32 yaşlı Oqtay Dadaşov, 29 yaşlı Aynur Cəlilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şamaxıda maşın dərəyə aşdı