Nazir qəbul qaydalarının dəyişdirilməsindən DANIŞDI

6 Oktyabr 2017 13:38

Qəbul imtahanlarının keçirilməsinin qaydasının dəyişdirilməsi yalnız format olaraq sadələşdirilməyə yönəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, sadələşmə imtahan fənlərinin sayının azalmasında büruzə verir: "İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin nəticə etibarı ilə məktəb imtahanlarının dəyəri artmaqdadır".

M.Cabbarov qeyd edib ki, imtahan formatının təkmilləşdirilməsi onun bugünkü günün tələblərinə uyğunlaşdırılması əmək bazarının ehtiyaclarına uyğun olaraq biliklərin qiymətləndirilməsini aktuallaşdırmaq prosesidir.

Onun sözlərinə görə, qonşu ölkələrin də təcrübəsinə baxılsa, görmək olar ki, bu gün Azərbaycanda bu sahədə müzakirə edilən dəyişikliklər heç də unikal deyil:

"İki qonşu dövlətə - Rusiya və Türkiyəyə nəzər salsaq, görərik ki, onların da hər birində oxşar proseslər gedib. İlk dəfə olaraq bu sahə ilə məşğul olan hər iki qurumun birgə təşəbbüsü ilə biz dəyişikliklər barədə iki il öncə xəbər veririb. Bu da əlavə imkan və vaxt verir ki, abituriyentlər onların valideynləri və şagirdlər lazım olan dəyişikçliklərə hazır ola bilsinlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində