Rumıniya azərbaycanlının gözü ilə...
7 Sentyabr 2011 09:00
Buxarest şəhərinə enəndə, aeroportdan şəhər hotelinə gedərkən gördüyüm mənzərə çox maraqlı idi. Dacia markalı sarı taksiləri və taksilərin qapısında yazılmış məbləğ, diqqətimi ilk cəlb edən şey oldu.
Prezident "Şef"dir
Rumıniya Avropanın cənub-şərqində yerləşir. Serbiya, Ukrayna, Macarıstan, Bolqarıstan və Moldova ilə sərhəddir. Rumıniyanın Konstansa şəhərinin sahilləri Qara dənizin suları tərəfindən yuyulur. Konstansa şəhəri Rumıniyanın çimərlik şəhəridir. Ölkə Karpat dağlarının əhatəsində yerləşir.
Rumıniya 2004-cü ildə NATO-ya üzv olduqdan sonra, 2007-ci ildə Avropa Birliyinin üzvü oldu. Amma şengen vizasına daxil ola bilmir.
Rumıniya prezidenti "Şef" statusunu daşıyır.
Ölkənin ən tanınmış şəhərləri: Buxarest, Timişoara, Sibiu, Krayova, Kluj-Napoka, Braşov, Konstansa, Yaş və Arad.
Karpat Maradonası
Rumıniya mədəniyyəti Avropa və Balkan mədəniyyətindən təsirlənib. Amma ilk mədəniyyəti Serbiya və Ukrayna mədəniyyətindən götürüb. Daha sonra burada Türkiyə və müsəlman mədəniyyəti formalaşdı. Rumıniya zonalar üzrə fərqli mədəniyyətə sahibdir. Qərbdə Macarıstan, cənubda Bolqarıstan, cənub-qərbdə isə Serbiya mədəniyyəti var.
Rumıniyada 3 mədəniyyət dövrü olub: 1. Gümüş dövrü - bu dövrdə kiril əlifbasından istifadə olunub. Ən əsası isə ilk kitab çap edilib. 2. Klassik dövr - bu dövr, yaşayıb yaradan insanların dövrü olub. Ən məşhur insan Mihai Eminescu olub. 3. Qızıl dövrü - bu dövrdə isə sadəcə, Avropa mədəniyyətindən istifadə edilmişdi.
Rumıniyan ən məşhur futbol ulduzu Georgi Haci dünyada "Karpat Maradonası" kimi tanınıb və tarixə düşüb. Ölkənin milli musiqisinin adı "manele"dir. Bu musiqi Osmanlı dövründən qalıb.
Cırılmayan pul
Rumıniyanın çox maraqlı pul əskinası var. Pul vahidi "ley" və "bani"dir. "ley"in ən böyük özəlliyi isə sellofan materialından hazırlanmasıdır. "ley" əzilməyən, su keçirməyən, cırılmayan pul əskinasıdır. Rumıniyanı tanıyan və bilən ölkələr pul vahidinin bu özəlliyi dünyada bəyənilib. 500-lük ley ən böyük məbləğ, 1-lik ley isə ən kiçik məbləğdir. "bani" isə qəpikdir. Ən böyük məbləğ 50-lik bani, ən kiçik məbləğ isə 1-lik banidir.
Avropanın Amerikası
Rumıniyanın ən böyük şəhəri və paytaxtı Buxarestdir. Buxarestdə olan hökümət binası rəsmən ABŞ-ın Vaşinqton şəhərində olan "Ağ Ev" hökümət binası stilində tikilib. Təsəvvürünüzə gətirin ki, "Ağ Ev" hökümət binası və onun qarşısında yaşıl çəmənlik, çəmənlikdə foto çəkdirən turistlər. Bu özəlliyinə görə Avropa dövlətləri Buxarest şəhərinə "Avropanın Amerikası" simvolik adını veriblər. Buxarestdə hökümət binasından başqa bütün səfirliklər, dövlət orqanları yerləşdirilib. Bütün səfirliklərin binaları eyni ərazidədir.
Buxarestin çox dəlisov gəncləri var. Onlar futbolda super azarkeşdirlər. Bu gənclərin necə çılğın olmalarını Buxarest və başqa şəhər stadionlarında da görmək olar. Buxarest həm də kabab-şaurma restoranları şəhəridir. İlk dəfə kababın necə hazırlandığını görəndə, elə bildim türk dönəri yeyəcəm. Yəni türk dönəri ilə fərqlənmədiyi üçün, "türk dönəri"ni daddım. Həmin türk dönəri sadəcə, rumınlar üçün ərəblərin dili ilə "kabab" adlandırılıb. Şaurmanı isə lavaşda verirlər. Ərəblər bu hazırlanmış lavaş dönərinə də "şaurma" adı veriblər.
Timiş Gəncləri
Rumıniyanın ikinci şəhəri Timişoaradır. Bu şəhər Rumıniyada "Gənc Tələbələr şəhəri" adlandırılır. Çünki 1989-cu ildə Timişoarada "Timiş Gəncləri" inqilab etdi. 6 gündən sonra "Timiş Gəncləri" diktaturaya son qoydu və Rumıniyaya demokratiya bəxş etdilər. "1989" inqilabından sonra Timişoara şəhərinə "Gənclər şəhəri" adı verildi. Timişoara şəhərində 10-dan çox universitetlər və kolleclər var. Timişoarada ancaq yerli və xarici tələbələri görə bilərsən. Yaşlı təbəqə görmək çox çətindir. Əsasən həyat yaşayışı gənclər üçün qurulub.
Ümumiyyətlə, Rumın milləti əylənməyi və istirahət etməyi çox sevir. Timişoarada gənclər hər həftə sonu günorta vaxtı dincəlmək, axşam vaxtı isə disko klublarda rəqs etməklə məşğuldurlar. Rumıniya klubları 3 cür formalaşıb. Ailəvi istirahət üçün "Pub" klubları, gənclər üçün disko klubları və üçüncü isə bar klublarıdır. Timişoarada hər ayın sonlarına yaxın festivallar təşkil edilir. Pivə festivalı, çaxır festivalı və ən əsası isə donuz ət məhsulunun festivalı təşkil olunur. Gənclər həftə içi günləri dərsləri ilə məşğul olurlar. Yaşlılardan fərqli olaraq gənclər indiki demokratik sistemi çox bəyənirlər. Çünki yaşadıqları ölkədə əziyyət çəkmirlər. Timişoarada çoxlu gecə klubları, 24 saat işləyən kabab-şaurma restoranları və kasıb çiqanları var. Kasıb çiqanlar Timişoarada daha çox təşkil edir, çünki kasıb çiqanlar ancaq Timişin restoranların da zibil boşaltmaq işlərini görürlər. Xarici tələbələr çoxluq təşkil edir. Yerli tələbələr də əsasən Timişoara universitetlərin də təhsil almağı üstün sayırlar. Dünyanın hər nöqtəsindən tələbələr təhsil almaq üçün Timişoara universitetlərinə gəlirlər. Timişoara universitetlərinin təhsilləri yüksək səviyyədədir. Amma tətil zamanı Timişoara rəsmən ölü şəhərə çevrilir. Çünki bütün tələbələr tətil zamanı Timişoara şəhərini tərk edirlər. Şəhər çox sakit və boş olur.
Varlı çiqanlar
Rumıniya Avropada çiqanları ilə məşhur olan dövlətdir. Avropada rumın çiqanlarını "romi" adlandırıblar. "Romi" sözü rumın çiqanının qısaldılmış formasıdır. Rumın çiqanları kasıb və varlı təbəqələrdən ibarətdir. Kasıb romilər pis geyimləri ilə, çöldə yaşamaqları ilə seçilirlər. Amma varlı romilər isə kostyum və milli ətəkləri ilə, qızıl əşyaları ilə və ən əsası hündür şəxsi villaları ilə seçilirlər. Kasıb çiqanlar fəhləliklə, zibil boşaltmaqla məşğul olduğu zaman, varlı romilər başqa avropa ölkələrindən oğruluq edərək, nəticədə böyük mülk sahibi olurlar. Rumıniyada varlı romilərin yaşadığı şəhər Krayova şəhəridi. Krayova şəhəri Rumıniyada "Villalar şəhəri" adlanır.
Arad və Sibiu
Timişoaranın qonşuluğunda yerləşən Arad şəhəri qədim binaları ilə çox məşhurdu. Arad şəhərində olan qədim binaları yenidən bərpa etmək qəti qadağandır. Əgər hər hansı şəxs qədim binanın divarını yenidən düzəltmək istəsə, dövlət tərəfindən cəzalandırılacaq. Qədim binalar Macarıstan tərəfindən yadigar qalmışdı və hər binanın ən azı 100-dən çox yaşı var.
2007-ci il Sibiu şəhəri Avropa Birliyi tərəfindən Avropanın "Mədəniyyət paytaxtı" seçildi. Sibiu şəhəri 2007-ci ildən sonra turist şəhərinə çevrildi. Şəhərin coğrafi mövqeyi çox əlverişlidir. Demək olar ki, şəhər yaşıllıq və tarixi abidələrlə doludur. Şəhərin tarixi abidələri turistlərə stimul verir. Sibiu şəhərində kabab-şaurma restoranları yox dərəcəsindədir. Çiqanlara isə rast gəlmək qeyri mümkündür.
Elşən Gəncəvi
Milli.Az