Cazibədar türk müğənni Zauru heyran qoydu - Boynu qırılsın o sevgilinin. Mən belə qıza... - FOTO

6 Oktyabr 2017 11:29

Dünən Xəzər televiziyasında Zaur Kamalın verilişində qonaq olan türkiyəli cazibədar müğənni Fulin ona göstərilən diqqət qarşısında "özünü itirib".

Milli.Az xəbər verir ki, müğənni ilk ifasını etdikdən sonra aparıcı müğənniyə "Fulin, "fulsan". Sizdə də "ful" kəlməsi var. Biz, məsələn, yaxşı maşına "fuldur" deyirik. Amma mən sənə elə öz adını - Fulin deyəcəm" ifadələrini işlədib. 

Tamaşaçılardan birinin "5/5" verilişinə göndərdiyi gül bağlamasını türkiyəli qonağına hədiyyə edən Zaur da Fulindən xoş sözlər eşidib: "Təşəkkür edirəm. Çox centlimensiniz. Mənim heç sevgilim bu zamana kimi mənə belə hədiyyə etməmişdi".

Zaur müğənninin son kəlməsinə "Boynu qırılsın o sevgilinin. Mən belə qıza beşin bağladıb hədiyyə edərdim" sözləri ilə reaksiya verib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində