Azərbaycanlı aktrisa: "O qızı sürüyərəm" - FOTO

5 Oktyabr 2017 21:17

Tanınmış aktrisa Mətanət Eres "İmtahan" serialında çəkilir.

Oynadığı obrazın xarakterindən danışan aktrisa Milli.Az-a etiraf da edib.

"Serialda mən universitet müəlliməsi rolunu oynayıram. Baş qəhrəmanın anasıyam, oğlum da həmin universitetdə oxuyur. Xanım müəllimə övladının bütün əziyyətini çəkmiş, onu çətinliklə böyüdən bir anadır. Oğlum dənizdə dostlarını itirəndən sonra böyük stress yaşayır. Psixoloji sarsıntı keçirir, çətin günləri başlayır. Universitetdəki digər bir qız tələbəmdən xahiş edirəm ki, onun dərdinə şərik olsun. Bütün hadisələr də elə bundan sonra baş verir. Onu da deyim ki, adi həyatda övladlarıma çox bağlıyam, hər an onların gələcəyini fikirləşirəm. Bu situasiyaya həyatda rast gəlsəydim, oğlumun xətrinə dəyən qızı sürüyərdim", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az